Sultanəhməd Məscidinin bir minarəsində sürüşmə var

Türkiyənin Vəqflər baş direktoru Adnan Ertem ölkənin 6 minarəli yeganə tarixi məscidi olan və I Əhməd tərəfindən memar Sedefkar Mehmet Ağaya 1616-cı ildə tikdirilən Sultanəhməd Məscidinin başdan aşağıya doğru araşdırıldığını deyib. maide.az xəbər verir ki, məscidin ilk növbədə bünövrəsinin araşdırıldığını bildirən Ertem, məscidin tikintisinin üzərindən yüz il keçməsinə baxmayaraq, bünövrəsində ciddi problem olmadığını müəyyənləşdiyini söyləyib.
 
İşlər çərçivəsində minarələrin stativinin ölçüldüyünü söyləyən Ertem, ilkin işlərdə məscidin 6 minarəsindən birində əyilmə olduğunun görüldüyünü bildirib. Ertem, "minarənin bu halının təhlükəsizlik baxımından təhlükə təşkil etdiyi müəyyənləşdirilib. Vaxtaşırı olaraq minarədən daşlar düşdüyü müşahidə edilib və vəziyyətə təcili müdaxilə olunub. Hazırda möhkəmləndirmə işlərinin necə aparılması barədə statik hesabatın hazırlanması gözlənilir. Hesabatın nəticəsindən asılı olaraq işlər başladılacaq və 1 il ərzində minarə möhkəmləndirilmiş olacaq", - deyə söyləyib. 

Google+ WhatsApp ok.ru