Suriya-Livan sərhədində qanlı toqquşma: ölənlər var- Yenilənib

Ras Balbək və Ərsal Əl-Kəa şəhərlərinə hücum edən terrorçuları Livan ordusu məhv edib

Livan ordusu Suriya sərhəddində yerləşən Ras Balbək şəhərinə hücum edən “Nusra Cəbhəsi” və İŞİD terrorçularının hücumlarını dəf edib. Silahlı qarşıdurmalar zamanı 10-dan artıq terrorçunun məhv edildiyi bildirilir. Bundan əlavə, Livan ordusu Ras Balbək ətrafında strateji mövqedə yerləşən Təllət əl-Həmra yüksəkliyini öz nəzarətinə keçirib. Livan ordusu ərazidən qaçan terrorçuları vertolyotlar vasitəsi ilə təqib edib. Silahlı qarşıdurmalar zamanı 2 əsgər həlak olub, 3 nəfəri isə yaralanıb.

Livan ordusunun məlumatına əsasən, hücumda yüzdən artıq terrorçu iştirak edib. Ordu rəsmiləri qeyd ediblər ki, terrorçular Ras Balbək və Ərsal Əl-Kəa şəhərlərini öz əllərinə keçirmək istəyiblər. Livan ordusu Vadi-Hmeyid vadisindən Suriyadan Livan ərazisinə girmək istəyən 4 törrorçunu da məhv ediblər.islamazeri 

 
******
Suriya ilə sərhəddə baş vermiş toqquşma nəticəsində Livan silahlı qüvvələrinin 5 əsgəri həlak olub.  məlumatı “Reuters” yayıb. 
 
İŞİD terror qruplaşmasının üzvləri axşam saatlarında ordu zastavasına hücum ediblər. Bundan sonra ərazidən uzun müddət atışma səsləri eşidilib. 
 
Toqquşma zamanı livanlılarla yanaşı, zastavaya hücum edən İŞİD üzvlərindən də ölənlər olub. /
 

Google+ WhatsApp ok.ru