Ukrayna ordusundan ağır zərbə: batalyon məhv edildi

Donetskdə 50 separatçı məhv edilib.
 
Axar.az xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyi məlumat yayıb.
 
Ukrayna Silahlı Qüvvələri separatçıların batalyonunu məhv edib. Belə ki, 50 terrorçu öldürülüb, 5 nəfər əsir götürülüb, 2 "BMP", 4 tank, hərbi maşın və silah-sursat ələ keçirilib.
 
Ukrayna Daxili İşlər Nazirliyi də açıqlamasında bir uşaq bağçasına mərmi düşdüyünü, xəsarət alanların olmadığını bildirib./

Google+ WhatsApp ok.ru