Suriya baş müftisi Şeyx Həssun: `Amerikaya kölə olmadığını sübut edən Suriya onun qəzəbinə tuş gəlib`

Suriya Respublikasının Baş Müftisi Şeyx Əhməd Bədrəddin Həssun Rusiyaya rəsmi səfər edib. O, paytaxtdakı RİA-Novosti xəbər agentliyində səfərin nəticələri dair mətbuat konfransı keçirib.
 
Maidə.az-ın məlumatına görə, nitqinə Rusiya sərnişin təyyarəsinin Sina yarımadası üzərində qəzaya uğraması ilə bağlı başsağlığı mesajı ilə başlayan B.Həssun Suriyadakı mövcud hərbi-siyasi vəziyyət haqqında müfəssəl açıqlamalar edib.
Suriyada böhranlı münaqişəsinin təkcə Suriyaya deyil, bütün dünyaya aid olduğunu söyləyən şeyx Həssun qeyd edib ki, dönyanın 75 ölkəsindən qondarma "dini dövlət" qurmaq iddiası ilə Suriyaya doluşmuş minlərlə azğın əslində dini məbədləri dağıdıb Suriyanın əmlakını Türkiyəyə yollayırlar.
 
"21 dini inanc və təriqətə malik olan Suriya xalqı minilliklər boyu sülh və qardaşlıq şəraitində yaşamışdır. "Ərəb baharı" adlanan bu fitnənin əvvəlindən bir çoxları öz pullarını qapıb ölkədən qaçıb.  Vaxtı ilə Rusiyanın hərbi-dəniz bazasını ləğv etməkdən imtina etməklə Amerikaya kölə olmadığını sübut edən Suriya Amerikanın qəzəbinə tuş gəlib", - deyə Suriya baş müftisi bildirib. O, eyni zamanda müsəlmanları saxtakar və qərəzli mətbuatın qərəzli və "xəbər"lərinə inanmamağa çağırıb. /
 

Google+ WhatsApp ok.ru