“Boeing-737”lər təhlükəlidir 08 Noyabr 2015 02:00 Dünya Beynəlxalq Aviasiya Komitəsi (BAK) Kazanda baş verən təyyarə qəzasından sonra Rusiya aviasiyasına məxsus “Boeing-737” təyyarələrinin istismarı üçün sertifikatını geri çəkməklə bağlı verdiyi qərara aydınlıq gətirib. BAK qeyd edib ki, 2013-cü ildə "Boeing” qəzaya uğrayandan sonra onlar Rusiya aviasiyası qarşısında bu tipli təyyarələrin yenidən qurulmasının vacibliyi barədə dəfələrlə məsələ qaldırıblar, ancaq “Boeing-737” istifadəsinin məhdudlaşdırılması ilə bağlı hər hansı nəticənin şahidi olmayıblar. "Buna görə 20 milyon sərnişin əhəmiyyətli risk altında qalır" - deyə Beynəlxalq Aviasiya Komitəsinin saytında bildirilir. BAK bu tip təyyarələrin istismarına sertifikat vermədiyi halda Rusiya aviaşirkətləri “Boeing-737”-də uçuşlara davam edirlər. Hazırda Rusiya aviaşirkətləri “Boeing-737”-nin müxtəlif modifikasiyalı 135 təyyarəsindən istifadə edir. Bu laynerlər o cümlədən “Aeroflot”, "YUTair” və "S7" aviakompaniyalarında geniş yayılıb. “Boeing-737”-ni istismar edən iri şirkətlərdən biri də bir həftə öncə uçuşlarına verilən sertifikatın geri alındığı “Transaero”dur. Bu qərar “Transaero”nu müflis edib, onun sərnişinlərini “Aeroflot” daşımağa başlayıb. Beynəlxalq Aviasiya Komitəsinin rəhbəri Tatyana Anodina “Transaero”nun şəriki Aleksandr Pleşakovun anasıdır. virtual/ Teqlər : #Boeing737lər təhlükəlidir, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Suriya baş müftisi Şeyx Həssun: `Amerikaya kölə olmadığını sübut edən Suriya onun qəzəbinə tuş gəlib` Hollandiyada anti-islam aksiyası toqquşmalara səbəb oldu
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO