Suriyadakı müvəqqəti atəşkəs 420 dəfə pozulub

Suriyadakı müvəqqəti atəşkəsin 11-ci  günündə atəşkəs 420 dəfə pozulub və 83 nəfərin öldüyü bildirilib.
 
Maide.az xəbər verir ki, Suriya İnsan Haqları Şəbəkəsi (SNHR) tərəfindən dərc olunan gündəlik hesabatda bu gün 81 dəfə pozuntu aşkar edildiyi və son 11 gündə bu rəqəmin 420-yə çatdığı deyilir.
 
Atəşkəs müddətində terrorçular tərəfindən 4-ü qadın 5-i uşaq 16 nəfərin öldürüldüyü qeyd edilib.

Google+ WhatsApp ok.ru