Tramp normal adamdır? Sabah gec ola bilər!

Amerikada 2016-cı il prezident seçkilərinə qatılmış respublikaçı Donald Tramp ölkə tarixinin ən ağılsız şüarlarla səhnəyə gələn namizədi kimi diqqəti cəlb edir. Daha çox Amerika müsəlmanları və mühacirlər onun hakimiyyətə gəlişini özləri üçün təhlükə kimi dəyərləndirirlər. Tramp daxili və xarici siyasətlə bağlı təklifləri ilə demək olar ki gündəmi zəbt edib.
Tramp Amerika ilə Meksika arasında qala divarı çəkmək fikrindədir. O, 11 milyon qeyri-qanuni mühaciri ölkədən çıxarmağı planlaşdırır. Müsəlmanların və məscidlərin ciddi nəzarətə götürülməsi, hətta İslamla bağlı hər şeyə ölkədə son qoyulması Trampın ən faşist təkliflərindəndir. Ötən günlərdə Amerikada müsəlman tələbələrin Trampa qarşı geniş etiraz aksiyaları keçirilib. Aksiyaya qeyri-müsəlmanlar, müxtəlif siyasi cərəyanlar, hüququ müdafiəçiələri də qoşulub. Ağ Evin sözçüsü Joş Ernes , respublikaçı rəqiblər, İngiltərənin baş naziri Devid Kemerun, Fransanın baş naziri Manuel Valls, hətta Papa Frensis bu şəxsin dünya üçün təhlükəli ola biləcəyini proqnozlaşdırır...
Vilayet.info/

Google+ WhatsApp ok.ru