Suriya danışıqları üç həftə davam edəcək

Maide.az RİA Novostiyə istinadən xəbər verir ki, BMT-nin Suriya üzrə xüsusi elçisi Staffan de Mistura Suriyada münaqişənin nizamlanması üzrə danışıqların üç həftə davam edəcəyini deyib: “Atəşkəs rejiminin ciddi şəkildə pozulmadığı təqdirdə, danışıqların ilk raundu martın 7-dən başlayaraq üç həftə davam edəcək. Ümumilikdə atəşkəsə Suriyada fəaliyyət göstərən 97 silahlı birləşmə razılıq verib."
 
Qeyd edək ki,  fevralın 27-dən Suriyada hökumət qüvvələri ilə silahlı müxalifət qrupları arasında atəşkəs rejimi qüvvəyə minib.

Google+ WhatsApp ok.ru