Suriyadan son xəbərlər; yüzlərlə terrorçu məhv edildi

Eastnews.org-un verdiyi xəbərə görə, Suriyada elan edilən atəşkəsdən çox keçməmiş terrorçular Hələbin Əl-Meydan məhəlləsində minaatanlardan atəşə tutub.

Atəşkəsin pozulması nəticəsində azı 1 nəfər həyatını itirib, bir neçə nəfərində yaralandığı bildirilir. Suriyanın şimal-qərbində yerləşən Həma vilayətində Suriya ordusunun keçirdiyi hərbi əməliyyat zamanı “Nusra Cəbhəsi” və müttəfiqlərinə sarsıdıcı zərbələr endirib. Əməliyytat zamanı 32 terrorçunun öldürüldüyü, 86 terrorçunun isə yaralandığı bildirilir. “Nusra Cəbhəsi”nə məxsus 12 zirehli avtomobil də yararsız vəziyyətə gətirilib. Hələbin Xan Tuman məntəqəsində “Nusra Cəbhəsi” terrorçuları Suriya ordusu və könüllülərin mövqelərinə şiddətli zərbələr endirib.

Nəticədə ordu və könüllülər arasında itikilərin və əsir düşənlərin olduğu bildirilir. Suriya ordusu və könüllülər dəstəsi adı çəkilən ərazidə terrorçulara qarışı döyüşləri davam etdirir. Terrorçuların xəbər mənbələrində Hələb cəbhəsində 300 terroçunun meyidinin İdlib vilayətinə gətirildiyi etiraf edilib. Terrorçuların Hələb vilayətində Suriya ordusu ilə Xan Tuman ərazisində döyüşlər zamanı öldürüldü ehtimal edilir. Bundan əlavə Dəməşq ətrafı Homs, Deyr əz-Zorda terroçularla Suriya ordusu arasında şiddətli döyüşlər davam edir.

Google+ WhatsApp ok.ru