Suriyadan Türkiyəyə daha bir reaksiya: `Müharibə səbəbidir`

Türkiyənin Süleyman Şah Türbəsi əməliyyatına Suriyadan daha bir reaksiya Beynəlxalq Əlaqələr naziri Əli Heydərdən gəlib. Heydər, "Şah Fərat əməliyyatı müharibəyə səbəb ola bilər", - deyib.
 
Maide.az xəbər verir ki, Türkiyənin Suriya ərazisindəki Süleyman Şah Türbəsi və Saygı Polis Bölməsindəki şəxsi heyəti hərbi əməliyyatla azad etdikdən sonra Suriyalı rəsmilərin reaksiyası davam edir.
 
Suriya Beynəlxalq Əlaqələr naziri Əli Heydər təşkil olunan "Şah Fərat" əməliyyatının "müharibə səbəbi" kimi dəyərləndirilə biləcəyini deyib.
 
İraqdakı regional Kürdüstan rəhbərliyinə yaxınlığı ilə tanınan "Rudaw" internet saytına danışan Heydər, Suriyanın Türkiyəyə birbaşa deyil, strateji bir cavab verəcəyini bildirərək bunları deyib: "Türkiyənin Suriya torpaqlarına müdaxiləsi həqiqi simalarını və Suriyaya qarşı düşmənçilik niyyətlərini ortaya qoydu. Suriyada vətəndaş müharibəsi və böhran baş verdikdə Türkiyə, üsyançılara və terrorçulara sərhədlərini açaraq onlara təlim verdi, silahlandırıb döyüşə şəksiz dəstək göstərdi. Türkiyə torpaqlarından Suriyaya hücum etmək üçün istifadə etdi".

Google+ WhatsApp ok.ru