Liberman: `İsrail HƏMAS qarşısında məğlubiyyətə uğradı`

Sionist İsrail rejiminin xarici işlər naziri Aviqdor Liberman Netanyahunun İranın nüvə proqramı ilə məşğul olmaq əvəzinə İsrailin Fələstin İslami Müqavimət Hərəkatı HƏMAS-la olan problemini həll etməsinin daha yerində olacağını bildirərək Netanyahunu sərt şəkildə tənqid edib.
 
Maide.az xəbər verir ki, irqçi İsrail rejiminin Kanal2 televiziyasına müsahibə verən Liberman Netanyahunun HƏMAS-la bağlı sözlərini yerinə yetirmədiyini və HƏMAS-ın bu gün gücləndiyini bildirərək, İsrailin açıq şəkildə HƏMAS qarşısında məğlubiyyətə uğradığını söyləyib. İsrailin bu vaxta qədər bir neçə dəfə Qəzzaya HƏMAS-ı məhv etmək üçün müharibə açdığını qeyd edən Liberman, amma heç birində HƏMAS-ın məğlub olmadığını, əksinə, HƏMAS-ın bu gün gözlənildiyindən daha güclü hala gəldiyini bildirib.
 
Bu arada Aviqdor Liberman Sderot şəhərinə səfər edərkən Qəzza sərhədindəki çıxışında, Fələstinli dustaqların "azad edilməsini" tənqid edərək, "Bizim əsl problemimiz bunları azad etməyimizdir və Həmasın kökünü kəsmək əmri verməməyimizdir", - deyib.
Liberman Fələstinli məhkumlar üçün ölüm hökmünü müdafiə edərək bildirib ki, "onlar edam olunmalıdır. Bilirlər ki, məhkum mübadiləsində azad ediləcəklər və buna görə də, həbsdə yatarkən universitet oxuyurlar. Ailələrinə də Fələstin rəhbərliyi tərəfindən ödəmə aparılır".

Google+ WhatsApp ok.ru