Suriya ilə bağlı Vyana görüşünün nəticəsi? -YENİLƏNİB

Avstriyanın paytaxtı Vyanada ABŞ, İran, Rusiya, Səudiyyə Ərəbistanı və Türkiyənin iştirakı ilə keçirilən Suriya zirvəsi başa çatıb.
Maide.az xəbər verir ki, Suriya böhranına dair keçirilən konfransın iştirakçıları Suriya hakimiyyəti və müxalifətini yeni milli birlik hökuməti qurmağa çağırıblar.Bu barədə ABŞ dövlət katibi Con Kerri bəyan edib.
“Konfrans iştirakçıları Suriyanın vahid, dünyəvi, müstəqil ölkə kimi qalması barədə razılıq əldə ediblər. Suriyanın dövlət institutları toxunulmaz qalacaq... Biz Suriya hökumıti və müxalifətini siyasi dialoqa başlamağa və ... yeni hökumət formalaşdırmağa çağırırıq” – deyib Kerri.
Müvafiq tələb Vyana görüşünün yekununa dair qəbul edilmiş kommünikenin 7-ci bəndində əksini tapıb.
Maide.az İran KİV-lərinə istinadən məlumat verir ki,  İranın xarici işlər nazirinin müavini Hüseyn Əmirabdullahian deyib ki, Vyana görüşündə 9 maddəlik ilkin bir sənəd üzərində razılığa gəlinib. "Müştərək sənəddə razılaşdırılıb ki, Suriya xalqı özü öz taleyini təyin etməlidir. Həmçinin Bəşşar Əsədin tutduğu vəzifədən uzaqlaşdırılması məsələsi İranı XİN başçısı Məhəmməd Cavad Zərifin səyi nəticəsində sənədə salınmayıb" .

Qeyd edək ki, bundan öncə bəzi KİV-lər Rusiya xarici işlər naziri Sergey Lavrofun Vyanadakı toplantının nəticəsiz başa çatması ilə bağlı xəbər vermişdi. /

Google+ WhatsApp ok.ru