Suriyalı müxaliflərin müharibə planları xakerlər tərəfindən oğurlandı

Maide.az xəbər verir ki, Suriya müxaliflərinin müharibə planları xakerlər tərəfindən oğurlanıb. Oğurlanan sənədlər arasında hansı ərazilərə hücumlar təşkil olunacağı, bu bölgələrə aid peyk görüntüləri və fotolarla bu hücumlarda hansı növ silahlar istifadə ediləcəyinə dair məlumatlar yer alıbmış.
 
Xaker hücumu FireEye-nin hazırladığı hesabatla ortaya çıxıb. Skype vasitəsilə danışdıqları insanlara özlərini qadın kimi tanıdan və onlara cəlbedici qadın fotoları göndərərək, kompyuterlərinə girən xakerlər, suriyalı müxaliflərə məxsus hərbi məlumatları ələ keçirməyi bacarıb.
 
Oğurlanan sənədlərin arasında müxaliflərə aid maliyyə məlumatlarının da olduğu bildirilir.
 
FireEye-nin hesabatına görə, bu yolla 64 fərqli Skype hesabından ümumilikdə 7.7 GB məlumat ələ keçirilib.
 
Müxaliflərin əlindəki bu resursların kim tərəfindən oğurlandığı müəyyən edilməyib. Ancaq təhlükəsizlik mütəxəssisi Nart Villeneuve, oğurlanan hərbi məlumatlardan Əsəd qüvvələrinin istifadə etdiyinə diqqət çəkib.

Google+ WhatsApp ok.ru