Yəmən Hizbullahı 20 min əsgərini Yəmən Ordusuna qatdı

Yəmən Hizbullahı verdiyi bəyanatda özlərinə bağlı 140 min nəfərlik hərbi hissədən 20 min nəfəri Yəmən Ordusuna rəsmən qataraq, ordu üzərindəki gücünü artırdıqlarını bildirib.
 
Maide.az xəbər verir ki, digər tərəfdən Yəmən xalqı Yəmənin daxili işlərinə qarışdığı və ölkəni əyalətlərə parçalamağa çalışdığı üçün Səudiyyə Ərəbistanına etiraz edib.
 
Şahidlərin bildirdiyinə görə, Səudiyyə Ərəbistanının Səna səfirliyi qarşısında toplaşan minlərlə insan Səudiyyənin əməllərini pisləyib və Yəmənin 6 federal bölgəyə ayrılması qərarını qəbul etmədiklərini dilə gətirib.

Google+ WhatsApp ok.ru