Suriya müdafiə naziri cənub əməliyyat bölgələrinə baş çəkib

Maide.az-ın "Fars" Xəbər Agentliyinə istinadla verdiyi məlumata görə, prezident Bəşşar Əsədin tövsiyəsinə əsasən müdafiə naziri general İmad əl-Fəric ordunun müştərək qərargahının yüksək səviyyəli zabitlərinin müşayiəti ilə cənub əməliyyat bölgəsinə baxış keçirib. 
 
Ordu generalı İmad əl-Fəric bildirib ki, Suriyanın Silahlı Qüvvələri terrorçulara qalib gəlmək və onların məkrli planlarını zərərsizləşdirmək istiqamətində öz vəzifələrini yerinə yetirirlər. 
 
Suriyanın rəsmi xəbər agentliyinin də yazdığına görə, Suriya qüvvələri paytaxt Dəməşqin şərqində terrorçuların mövqelərinə hücumlarda ən azı 17 terrorçunu öldürüblər. Öldürülən terrorçulardan bir neçəsi yəmənli, liviyalı və iordaniyalıdır. 
 
Bundan əlavə Suriya qüvvələri həmçinin Qünəytrə və Dərada terrorçuların mövqelərini hədəfə alıblar. Suriya qüvvələri habelə ölkənin şimal-qərbində yerləşən İdlib vilayətində əl-Nüsrə Cəbhəsi terror qruplaşmasına bağlı onlarla terrorçunu məhv ediblər.

Google+ WhatsApp ok.ru