Suriya müxalifət koalisiyasının yeni sədri Xalid əl-Xoca seçilib

Müxalifət və inqilabi qüvvələrin Milli koalisiyanın (MİQMK) yeni sədri Xalid əl-Xoca seçilib. bu barədə "Əl-Ərəbiyyə" telekanalı xəbər verir.

İstanbulda keçirilən Suriya xarici müxalifətinin ən böyük qruplaşmasının Baş asambleyasının qapalı iclasında bu səsvermə belə nəticələnib.

Qərb ölkələri, Türkiyə və ərəb monarxiyaları dəstəkləyən MİQMK Suriya prezidenti Bəşər Əsədin hakimiyyətdən uzaqlaşdırılmasını, həmçinin Suriyanın şimalında və cənubunda uçuşlar üçün qadağan olunmuş zonanın tətbiqini tələb edir. /

Google+ WhatsApp ok.ru