Suriyanın tanınmayan qadın qəhrəmanları; ölkənin bərpası onların zərif çiyinlərinə düşür - VIDEO

Yaxın Şərqdə 250 min nəfərin ölümünə səbəb olan müharibə artıq 5 ildir ki davam edir

 Hazırda Suriyada atəşkəs rejiminə razılıq əldə olunub. Aprelin 11 Cenevrədə Suriya daxilindəki münaqişənin növbəti danışıqlara mərhələsi başlayacaq. Müharibədən dağılmış ölkənin bərpası, döyüşlərdə ərlərini, oğullarını və qardaşlarını itirmiş xanımların çiyinlərinə düşür.
İslamazeri.az-ın RT-yə istinadən verdiyi xəbərə görə, Homs şəhəri nə vaxtsa inqilablar paytaxtı adlanırdı. Bu gün bu şəhərin görünüşü müharibəni xatırladır. O müharibədə ki, minlərlə yerli sakin həlak olub. Hər bir müharibədə olduğu kimi, ailənin qorunması xanımların çiyinlərinə düşür.
Dağılmış iqtisadiyyat, və işləməyən dövlət müəssisələri fonunda bir çox qadınlar ictimai qurumlardan asılı olublar. Homsda fəaliyyət göstərən bu qurumlardan ən böyükünün adı “Şəhidlər cəmiyyətidir”. Qadınların öz ayaqları üzərində dura bilmələri üçün, qurum tərəfindən müəssisə açmışdır. Belə müəssisələrdən biri də tekstil fabrikasıdır.  “Bizi taqətdən salan ərimin ölümü oldu. Bundan sonra həyatımız tamamilə dəyişid. Bu çox çətindir. Biz övladlarımla dayağımızı itirmişik.” – deyə İbtisam adlı fabrik işçisi bildirib.
Fabrikdə hərbi formalarla yanaşı, mülki paltarlarda tikilir. İstehsalat prosesinin ilkin mərhələsi belədir: material kəsilmək üçün hamarlanır. “Mənim qızım universitetdə oxuyurdu. Pulumun olmadığı üçün, qızım təhsilini yarımçıq qoymaq məcburiyyətində qaldı. Yeganə gəlir mənbəyim, mənim burada qazandıqlarımdı.”,  –  digər fabrik işçisi deyir. Bu fabrikdə 200-ə yaxın işçi işləyir. Hər ay onlar maaşla yanaşı, satılmış məhsuldan da pay alırlar. İşçilərin əksəriyyəti qadınlardır. Onların hamısı müharibə ya ərlərini, ya oğullarını, ya da ki qardaşlarını itiriblər. Samirə adlı yerli sakin isə deyir: “Mənim oğlum 27 yaşında ikən şəhid oldu. Snayperdən açılan güllə ilə həyatını itirmişdir. Mənim ikinci oğlumda var, o evlidir və iki uşağı var, və o da orduda xidmət edir. Biz hamımız ehtiyyac içində yaşayırıq.”  
Fabrika rəhbərliyi öz işçilərinin qayğısına qalmağa çalışır. Burada işçilərin hələ məktəbə getməyən uşaqlarını qoymaq üçün yer var. Burada həmçinin tibb məntəsi də var. Bu qadınlar bir örtuk altında öz kədərlərinin ağır yükünü daşıyırlar. Onları müharibənin tanınmayan qəhrəmanları adlandırmaq olar. Müharibənin ağır zərbələrinə baxmayaraq, onlar hər şeyin yaxşı olacağına inanaraq işləyirlər ki, xoşbəxt gələcəyi öz ailələri üçün daha da yaxın etsinlər. /

Google+ WhatsApp ok.ru