Suriyanın 87,4 faizi İŞİD terrorçularından azad edilib

Suriyanın 87,4 faizi İŞİD terrorçularından azad edilib

Suriya ərazisinin təxminən 87,4 faizi İŞİD terrorçularından azad olunub. Bu bəyanatla Rusiyanın Hava-Kosmik Qüvvələrinin komandanlığı çıxış edib. 
 
Bildirilir ki, Rusiya aviasiyasının 2 il ərzində Suriya ərazisində terrorçulara endirdiyi 92 min zərbə nəticəsində təxminən 97 min obyekt, 53 min toplandığı yer və 8 mindən artıq komanda məntəqəsi məhv edilib. 
 
Son bir neçə gün ərzində Suriya ordusu İŞİD-in son dayanacaqlarından sayılan Deyr əz-Zorda daha iki yaşayış məntəqəsini terrorçulardan azad edib. General Suhelanın rəhbərlik etdiyi ordu briqadası şəhərin 85 faizinə nəzarəti bərpa edib. (faktxeber) /

Google+ WhatsApp ok.ru