Suriya ordusu 8 illik işğaldan sonra Dəməşq-Hələb yolunu terrorçulardan azad etdi

Suriya ordusu 8 illik işğaldan sonra Dəməşq-Hələb yolunu terrorçulardan azad etdi

Londonda yerləşən Suriya İnsan Haqqları Manitorinq Mərkəzi (SOHR) M5 olaraq tanınan strateji əhəmiyyətli Hələb-Dəməşq beynəlxalq avtomagistralının hamısının Suriya ordusunun nəzarətinə keçdiyini açıqlayıb.
 
Avtomagistralın açılmasıyla Dəməşq-Hələb arasındakı kəsilməz əlaqə 2012-ci ildən etibarən ilk dəfə təmin edilib.
 
Bu arada, Suriya ordusu Hələbin cənub-qərb ətrafında əməliyyatlarını davam etdirərək, Kəfr Hələb, Kanatər və Kəmari kəndlərini terrorçulardan təmizləyib.
 
SANA-nın müxbiri Suriya ordusunun Hələbin cənub-qərb ətrafına düşən Əl-Bəvvabiyə, Əl-Ksəybiyə, Təl-Hidyə, Əl-Zirbə, Əl-Barkum və Zirai Araşdırmalar Mərkəzini azad etməsindən 24 saat keçməmiş Hələb-İdlib beynəlxalq avtomagistralının qərbinə düşən Kəfr Hələb, Kanatər və Kəmari kəndlərini terrorçulardan azad etdiyini bildirib. /deyerler.org
 
 
 

Google+ WhatsApp ok.ru