Suriya ordusu İdlibdə strateji təpəni nəzarətə götürdü

Maide.az-ın məlumatına görə, silahlı terrorçuların İdlib şəhəri və onun ətrafına çoxlu hücumlar etmələrinə baxmayaraq, Suriya ordusu qəfil hücumda İdlibin qərbində Həkəmə strateji təpəni terrorçulardan azad edib və onu nəzarətə götürüb. 
 
Həkəmə təpəsi İdlibin qərbində Cəsr əl-Şəğur şəhərciyinin kənarında yerləşir. Əl-Qaidəyə bağlı təkfirçi qruplaşmalar Cəsr əl-Şəğur şəhərinə hücumda bu təpədən istifadə edirdilər. 
 
Həmçinin Suriya ordusu qüvvələri ilə silahlı ünsürlər arasında üç hərbi məntəqədə cümə günü səhərdən ağır döyüşlər getməkdədir.

Google+ WhatsApp ok.ru