İtaliyada təhsil islahatına qarşı tətil yürüşü keçirilib

İtaliyada minlərlə tələbə, məktəbli, müəllim və təhsil işçisi bu ölkə hökumətinin təhsil islahatına etiraz əlaməti olaraq ölkə boyunca bir günlük tətil aksiyası və paytaxt Romada aksiya keçiriblər.
 
Maide.az-ın məlumatına görə, Unicobas, Anief və Usb sinfi birliklərinin hazırda bu ölkə parlamentində araşdırılmaqda olan təhsil islahatı layihəsinə qarşı çağırışlarının ardınca, italiyalı etirazçılar cümə günü Roma şəhərinin mərkəzi prospektləri və Nümayəndələr Məclisinin qarşısında aksiya keçiriblər. 
 
İtaliyanın hər bir yerində məktəblilər və təhsil işçiləri də Romadakı aksiya ilə yanaşı baş nazirin Meteo Rentzi hökumətinin məktəblərin şəraitini daha da ağırlaşdıran təhsil islahatına qarşı çıxdıqlarını bildiriblər. 
 
5 mayda da daha bir aksiyanın keçirilməsi nəzərdə tutulub. Bu isə 2008-ci ildən indiyə qədər orta məktəblər üçün ilk tətil aksiyası hesab olunur. 
 
Cümə axşamı gecə də İtaliyanın 120 meydanında məktəb müəllimləri yas paltarı və sinfi birliklərin çağırışı olmadan bu ölkənin simvolik məkanlarına toplaşıblar. 
 
Etirazçılar əllərində şam tutaraq bildiriblər ki, Rentzi hökumətinin təhsil islahatı məktəblərin ölümü ilə nəticələnəcək.

Google+ WhatsApp ok.ru