Suriya ordusu İdlibin geri alınması üçün irimiqyaslı əməliyyata başladı

Suriya ordusu qüvvələri İŞİD və digər terror qruplaşmaları ünsürlərinin İdlib şəhərindən çıxarılması məqsədilə irimiqyaslı əməliyyata başlayıblar.
 
Maide.az Livanın "əl-Əxbar" qəzetinə istinadla verdiyi məlumata görə, bu əməliyyat çərşənbə axşamı gecə Suriya ordusunun hava və arsenal dəstəyi ilə İdlib şəhərinin cənubunda başlayıb.
 
Suriya ordusu quru hücuma başlamazdan öncə terrorçulara yardım yollarını hədəfə alıb və bir sıra şəhərciklərə nəzarəti ələ keçirib. Belə ki, terrorçular bu vasitə ilə İdlib-Məstumə istiqamətini hədəfə alırdılar. 
 
Bu məlumata görə, bu əməliyyat İdlibə doğru davam etməkdədir.

Google+ WhatsApp ok.ru