Suriya ordusu Hələbin bir neçə kəndini terrorçuların əlindən alıb

Maide.az xəbər verir ki, Londonda yerləşən Suriya İnsan Haqları Mərkəzi Suriyanın hökumət qoşunlarının bu gün Hizbullah könüllülərinin dəstəyi ilə hücum edərək, Hələbin İŞİD terrorçularının əlində olan bir neçə kəndi azad etdiyi barədə məlumat yayıb. Döyüşlərdə 18 terrorçu öldürülüb.
 
Bildirilir ki, Suriya ordusu bu kəndləri ələ keçirməklə, həm də terrorçuların əsas təhcizat yolunu bağlayıb.
 

Google+ WhatsApp ok.ru