Suriya ordusu Nəşva bölgəsini İŞİD-dən geri aldı

Hasəkədə İŞİD terrorçularının Suriya ordusuna və kürdlərə hücumları davam edir.
Maide.az xəbər verir ki, qızğın döyüşlərdən sonra Hasəkənin Nəşva bölgəsi terrorçulardan təmzilənib.
Məlumata görə, şiddətli döyüşlər səbəbindən 10 minlərlə insan Hasəkəni tərk etmək məcburiyyətində qalıblar.
Bildirilib ki, hazırda döyüşlər Əziziyyə məhəlləsi yaxınlığında davam edir.
Bu arada, İŞİD terrorçularına qarşı döyüşmək üçün Suriya ordusu kürd YPG qüvvələrinin onlarla birləşməsini təklif ediblər. Lakin, kürdlər təklifi qəbul etməyərək təkbaşına döyüşəcəklərini bildiriblər.

Google+ WhatsApp ok.ru