Suriya ordusunun ABŞ-ın müqavimət qüvvələrinin mövqelərini bombalamasına reaksiyası

Suriya ordusunun ABŞ-ın müqavimət qüvvələrinin mövqelərini bombalamasına reaksiyası

Ötən gecə ABŞ-ın rəhbərlik etdiyi koalisiya, terrorçulara dəstək məqsədilə Suriyanın Homs bölgəsinin şərqində yerləşən At-Tanfa rayonunda hökümətyönümlü qüvvələrə zərbə endirib.
 
Maide.Az "Tasnim" xəbər agentliyinə istinadən xəbər verir ki, ABŞ-ın bu hücumları zamanı Suriyanın müqavimət qüvvələrindən bir neçə nəfər həyatını itirib. 
 
ABŞ-ın bu təcavüzünə cavab olaraq adının açıqlanmasını istəməyən suriyalı hərbi mənbə bildirib ki, ABŞ-ın hücumuna məruz qalmış Suriya ordusu və onların dəstəkləyici qüvvləri öz əməliyyatlarını yenidən başlayıb.
 
Suriya ordusu terrorçuları məhv etmək üçün öz hücumlarını davam etdirəcək və Amerikanın hədələri bu hücumların qarşısını ala bilməyəcək. 

Google+ WhatsApp ok.ru