Amerika müsəlmanları  islamofob  reklam daşıyıcılarının (billboard)  quraşdırılmasına etiraz etdi

Amerika müsəlmanları islamofob reklam daşıyıcılarının (billboard) quraşdırılmasına etiraz etdi

Amerikanın Indiana ştatının Indianapolis şəhərində  islamofob reklam daşıyıcılarının (billboard) quraşdırılması və Peyğəmbərə (s) hörmətsizlik edilməsi bu şəhərdə yaşayan müsəlmanların etirazına səbəb olub. 
 
Maide.Az  “WND”-yə istinadən xəbər verir ki,  Indianapolis şəhərinin müsəlman rəhbərləri  billboardları quraşdıran şirkətdən bu  bəyənilməyən addıma görə  izahat tələb edib.
 
İndiana Müsəlmanları Koalisiyasının icraçı direktoru Rima Şahed bildirib ki, bu iş bizi çox əsəbləşdirib və narahatıq. “Bu çox qorxaqcasına atılşmış bir addımdır.  Əgərə kiminsə sözü varsa gəlsin və açıq şəkildə sözünü desin.  Düşünürüəm  bizim şəhərdə ixtilaf yaradacaq və nifrət hissi oyadacaq belə şeylərə ehtiyac yoxdur.  Bu kimi davranışlar ixtilafları  artırır”
 

Google+ WhatsApp ok.ru