Suriya XİN başçısı: `Kimyəvi silahımız yoxdur` 14 Aprel 2017 01:00 Dünya "Moskva, Tehran və Dəməşq Suriyada terrorçuluğa qarşı birgə mübarizəni davam etdirəcək". Bunu Suriyanın xarici işlər naziri Valid Muallem iranlı və rusiyalı həmkarları ilə keçirilən üçtərəfli görüşün yekunlarına dair mətbuat konfransında bildirib. "Mən Rusiya və İrana verdikləri dəstəyə görə təşəkkürümü bildirirəm. Suriya torpağını terrorçulardan təmizləməyə davam edəcəyik", - deyə Suriya XİN başçısı vurğulayıb. V. Muallem qeyd edib ki, Dəməşq zəhərləyici maddələrdən istifadə etmir. “Dəfələrlə bəyan etmişik ki, bizdə kimyəvi silah yoxdur. Buna Kimyəvi silahların qadağan olunması üzrə Təşkilatı da şahiddir. Han-Şeyhunda baş verənlər qurama aksiyadır. Suriya hərbi hava qüvvələri Han-Şeyhunda kimyəvi silahla heç bir hədəfi vurmayıb. Biz terrorçulara və öz xalqımıza qarşı kimyəvi silahdan istifadə etmirik. Harada və nə vaxta baş verməsindən asılı olmayaraq kimyəvi silahdan istifadəni qınayırıq. Məhz buna görə də Han-Şeyhunu və Şayrat aviabazasını ziyarət edəcək eynəlxalq ekspert qrupunun formalaşdırılmasını tələb edirik. ABŞ və müttəfiqləri belə komissiyanın yaradılmasından niyə qorxurlar? Niyə bu komissiyanın formalaşmasına qədər təcavüz aktına imza atdılar? ABŞ-ın zərbələrinə heç cür haqq qazandırmaq olmaz". (apa) / Teqlər : #Suriya XİN başçısı: `Kimyəvi silahımız yoxdur`, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Lavrov: `ABŞ beynəlxalq hüququ və BMT nizamnaməsini kobud şəkildə pozub` Həsən Ruhani növbəti prezident seçkilərinə namizədliyini irəli sürüb
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO