Suriyaya hava hücumunun qarşısını alınıb

Suriyaya hava hücumunun qarşısını alınıb

Suriyanın Hələb əyalətinə hava hücumu edilib.
 
Bu barədə SANA agentliyi bildirib.
 
Qeyd edilir ki, ölkənin Hava Hücumuna qarşı Müdafiə Qüvvələri Hələb əyalətinə hücumun qarşısını alıb.
 
"Bizim Hava Hücumundan Müdafiə Qüvvələrimiz Hələb əyalətinin səması üzərində təcavüzün qarşısını alır", - bildirişdə deyilir.
 
Hücumun hansı ölkə və ya silahlı qruplaşma tərəfindən edildiyi hələlik məlum deyil. Xəbərdə həmçinin hər hansı zərər barədə bildirilmir. /Report
 

Google+ WhatsApp ok.ru