İsveç Fələstinin müstəqilliyini tanıyıb 06 Oktyabr 2014 01:00 Dünya İsveç hökuməti Fələstini suveren dövlət kimi tanıyıb. “Reuters”-in məlumatına görə, bu barədə İsveçin baş naziri Stefan Löven bildirib. O qeyd edib ki, “Qərar qəbul olunmalı və beynəlxalq hüquq normalı çərçivəsində razılaşdırılmalıdır. Bu qərar hər iki ölkənin sülh şəraitində yaşamasına gətirib çıxarmalıdır. Məhz buna görə İsveç Fələstini dövlət kimi tanıyır”. Öz növbəsində İsrail hökuməti S.Lövenin bəyanatından narazılıq ifadə edib. İsrailin xarici işlər naziri Aviqdor Libermanın bəyanatında deyilir ki, İsveç hökumətinin başçısı Fələstini suveren dövlət kimi tanımaqla bağlı açıqlama verərkən “tələskənliyə yol verib”: “Bəyanatı verməzdən öncə bu məsələ ilə yaxından tanış olmaq daha yaxşı olardı”. İsrail XİN-in nümayəndəsi Emmanuel Naşon isə bildirib ki, İsveçin bu ölkədəki səfiri Maqnus Nesser bu gün nazirliyə dəvət olunacaq. Qeyd edək ki, ABŞ Dövlət Departamentinin sözçüsü Cen Psaki də İsveçin baş nazirinin bəyanatından narazılıq ifadə edib. İsveçin xarici işlər naziri Marqo Valström isə bildirib ki, ölkəsinin xarici siyasəti ABŞ-dan asılı deyil. Teqlər : # İsveç Fələstinin müstəqilliyini tanıyıb, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru İŞİD terror qruplaşması Livana hücum edib Tacikistanda yüzlərlə saytın bağlandığı bildirilir
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO