Ötən gecə düşmənlə döyüşdə yaralanan hərbçilər helikopterlərlə Bakıya göndərilib

Ötən gecə cəbhənin Ağdam və Tərtər istiqamətində ermənilərin Azərbaycan Ordusunun mövqelərinə hücum cəhdini dəf edərkən yaralanan Azərbaycan hərbçiləri helikopterlərlə Bakıya göndərilib.
 
Yaralılar iki helikopterlə paytaxtdakı hərbi hospitala götürülüb.
 
Xatırladaq ki, ötən gecə Ağdam və Tərtər istiqamətlərində atəşkəsin pozulması nəticəsində 5 Azərbaycan hərbçisi şəhid olub, bir neçə nəfər isə yaralanıb. 

Google+ WhatsApp ok.ru