Təyyarə və qatarlar Rusiyaya boş qayıdır 03 Yanvar 2015 02:00 Dünya Yanvarın 1-dən etibarən Rusiyada miqrantlar üçün yeni qaydalar qüvvəyə minib. Qırğızıstan və Ukrayna vətəndaşlarından başqa digər ölkələrin vətəndaşları ölkəyə xarici pasportla gələcək. Bundan başqa qazanc üçün gələnlər mütləq işləmək üçün patent almalıdır. Federal Miqrasiya Xidmətinin məlumatına görə, hazırda ölkədə qanuni əsaslarla 3,5 milyon əcnəbi çalışır. Onların bir çoxu yeni ili qeyd etmək üçün ölkələrinə gedib. Ancaq təyyarə və qatarlar hələlik ölkəyə yarıboş qayıdır. Qırğızıstan və Ukraynadan başqa vizasız gediş-gəlişin tətbiq olunduğu ölkələrdən heç birinin sakini xarici pasport olmadan Rusiyaya giriş edə bilməz. Tacikistan vətəndaşları səfirlik vasitəsilə xarici pasport ala bilərlər. Rusiyada yarım il ərzində ancaq 90 gün müddətində əmək patenti olmadan qalmaq mümkündür. Patent almağı gecikdirənləri isə 10 min rubldan 15 min rubladək cərimə gözləyir. 10 aydan artıq gecikən şəxsləri cərimə ilə yanaşı 10 il müddətinə giriş qadağası da gözləyir. Yanvarın 1-dən etibarən miqrantlar üçün imtahanlarda da dəyişiklik edilib. Onlar indi rus dilindən başqa Rusiya tarixi və qanunvericiliklə bağlı da sualları cavablandırmalıdır. interpress / Teqlər : #Təyyarə və qatarlar Rusiyaya boş qayıdır, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Türkiyənin Diyarbəkir hava limanının ərazisi erməniyə verilə bilər İran yayılan xəbərləri təkzib etdi: Heç bir razılıq əldə olunmayıb
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO