Ötən 10 ayda İrana 4 milyondan çox turist səfər edib

Ötən 10 ay ərzində (İranda il martın 20-də dəyişir)  İrana 4 milyon 166 min 426 əcnəbi turist səfər edib. 
 
Maide.az xəbər verir ki, bunu İran Mədəni İrs və Turizm Təşkilatının turizm məsələləri üzrə sədr müavini Murtəza Rəhmani Müvəhhid  deyib. 
 
M.Rəhmani Müvəhhid bildirib ki, bir çox mötəbər beynəlxalq media İranı 2015 və 2016-cı illər üçün cazibədar turizm məqsədlərindən biri kimi təqdim edib.
 
Onun sözlərinə görə, İran 2015-ci ildə və 2016-cı ildən keçən bir neçə ayda öz turizm vəziyyətinin yaxşılaşması önəmli addımlar atıb. “Fransa ilə müştərək həmkarlıq memorandumunun imzalanması və həmçinin Rusiya ilə viza rejiminin sadələşdirilməsi sahəsində əməkdaşlıq müqaviləsinin imzalanması İranın turizm sahəsindəki mühüm addımlarından sayılır.”/
 
 

Xəbərlərimizi Maide.az-ın facebook səhifəsində də izləyə bilərsiniz.

 

Google+ WhatsApp ok.ru