30 silahlı çeçen Moskvada: Dəhşətli hücum

Moskvada 30-a yaxın silahlı çeçen ofis binasına hücum edərək kütləvi qətl törətmək istəyib.
 
Axar.az xəbər verir ki, hadisə fevralın 3-də səhər saatlarında Moskvanın Boqorodsk rayonunda baş verib.
 
Məlumata görə, əllərində silah və armaturlar olan 30-a yaxın çeçen Andreyevo-Zabelinskaya küçəsinə gələrək buradakı 2 mərtəbəli ofis binasına hücum ediblər.
 
Hadisə nəticəsində yaralanan 10 nəfərdən 3-ü xəstəxanaya aparılıb. Onlardan birinin vəziyyəti ağırdır. Şahidlər baş verən hadisənin hərbi əməliyyatları xatırlatdığını deyiblər.
 
Artıq hadisə ilə əlaqədar cinayət işi açılıb və 11 çeçen saxlanılaraq inzibati məsuliyyətə cəlb edilib./
 

Google+ WhatsApp ok.ru