Tərtərdə ağır yol qəzası zamanı ölən və yaralananların şəxsiyyəti məlum olub

Tərtər rayonunda baş verən ağır yol qəzası zamanı ölən və yaralananların şəxsiyyəti məlum olub.
 
"Report" xəbər verir ki, qəzada "VAZ - 21099" markalı avtomobilin sürücüsü 33 yaşlı Tehran Hüseynov və “Mercedes”də olan sərnişin 76 yaşlı Rəfiqə Kazımova hadisə yerində keçinib.
Hadisə zamanı hər iki avtomobildə olan 4 sərnişin - 41 yaşlı Nofər Qurbanov, 16 yaşlı Elşən Baxşəliyev, 46 yaşlı İsaq Kazımov və 35 yaşlı Mənsurə Qurbanova ağır bədən xəsarətləri alıb. Yaralılar ilk olaraq Tərtər Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilsələr də, vəziyyətləri ağır olduğu üçün Bərdə Mərkəzi Rayon Xəstəxanasına aparılıblar.
 
Faktla bağlı araşdırmalara başlanılıb. /

Google+ WhatsApp ok.ru