Tacikistandan Suriyaya könüllü göndərənlərin ofisi Moskvadadır 22 Noyabr 2014 02:00 Dünya Tacikistanın Milli Təhlükəsizlik Komitəsinin sədr müavini Akram Amonov deyib ki, Suriyada vuruşanlar arasında, o cümlədən İŞİD yaraqlıları sıralarında 300 tacik var. Amonov noyabrın 21-də parlamentə bildirib ki, taciklər Suriyaya Rusiya və Əfqanıstan vasitəsilə gedirlər. Onun sözlərinə görə, Suriya üçün könüllü yığan ofis Moskvada Prospekt Mira küçəsində yerləşir. Rusiyanın Avropa regionları müsəlmanlarının Dini İdarəsinin sədr müavini Damir Mukhetdinov Azadlıq radiosuna deyib ki, Orta Asiyadan işçi miqrantlar Moskvada könüllü axtaranların asanlıqla hədəfinə çevrilir. Bundan əvvəl Tacikistan hakimiyyəti Suriyada 200 tacikin vuruşduğunu bildirirdi. 50 tacik Suriyada döyüşlərdə ölüb. Teqlər : #Tacikistandan Suriyaya könüllü göndərənlərin ofisi Moskvadadır, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Londonda partlayış İŞİD terrorçuları fərarilik edir
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO