İŞİD terrorçuları fərarilik edir

İraqda Tiqritin şimalında yerləşən Bici və əl-Siniyə rayonları ətrafından yüzlərlə İŞİD terrorçusunun Mosula doğru qaçdığı bildirilib.
 
Maide.az-ın məlumatına görə, "Əl-Bağdadiye Nyus" agentliyinə hadisə şahidləri bildiriblər ki, yüzlərlə terrorçu 60 maşınla Mosula doğru qaçıblar.
 
Digər tərəfdən terrorçuların istifadə etdiyi əz-Zaviyə körpüsü bu gün səhər İraq ordusunun apardığı intensiv atəş nəticəsində dağıdılıb.
 
Ötən gün də Səlahəddin bölgəsinin yerli rəsmiləri də yüzlərlə İŞİD terrorçusunun 25 maşınla Mosula tərəf qaçdığını bildiriblər.
 
Diyalə Əyalət Şurasının başçısı da açıqlama verərərk ötən 24 saat ərzində Baqubanın şimal-şərqində 30 İŞİD üzvünün məhv edildiyini deyib.
 
Ali əl-Təmimi ölən terrorçuların arasında ərəb və əcnəbi əsilli şəxslərin də olduğunu qeyd edib.
 
Eyni mənbə İraq ordu birlikləri və xalq qüvvələrinin əs-Sadiye kəməri kimi tanınan bölgədə nəzərəçarpacaq irəliləyiş etdiyini sözlərinə əlavə edib.

Google+ WhatsApp ok.ru