Tacikistanda yeni qırğın

Tacikistanda hökumətə qarşı çıxan ölkənin sabiq müdafiə naziri müavini general Abdulhalim Nazarzodanın 4 tərəfdaşı öldürülüb.
 
ANS PRESS-in məlumatına görə, Vaxdat rayonunda keçirilən əməliyyatlar nəticəsində azı 17 nəfərin həbs olunduğu bildirilir. 
 
Əməliyyatlar nəticəsində üsyançılara məxsus çoxlu sayda silah-sursat da ələ keçirilib. Məlumata görə, hazırda generalın 100-ə yaxın tərəfdarı hökumət qüvvələrindən qaçaraq gizləməyə davam edirlər.
 
Tacikstan hökuməti general Abdulhalim Nazarzodanı ötən cümə günü 20-dən çox insanın ölümü ilə nəticələnən silahlı basqınlar təşkil etməkdə ittiham edir.
 

Google+ WhatsApp ok.ru