Tacikistan prezidentinin təyyarəsi qəza törətdi - Aeroport rəisi öldü

Tacikistan prezidentinin təyyarəsi qəza törətdi - Aeroport rəisi öldü

Tacikistanda Xoroq şəhər aeroportunun rəisi ölkə prezidenti Emoməli Rahmonu müşayiət edən təyyarəni yola salarkən qəza nəticəsində ölüb. Trend-in məlumatına görə, bu barədə Tacikistan DİN mətbuat xidməti xəbər yayıb.
 
Məlumata görə, aeroport rəisi vilayətin digər məmurları ilə birlikdə Tacikistan prezidentini vilayətə gəlişi və yola salınması zamanı müşayiət edirmiş.
 
Xəbərdə deyilir ki, prezident olan təyyarə havaya qalxarkən aeroport rəisi təyyarəyə yaxın yerdə durub. Bu səbəbdən təyyarənin mühərrikinin yaratdığı güclü havanın təsirindən yıxılıb və baş daşa dəyib.
 
DİN-in yaydığı məlumatda deyilir ki, o, daşa dəyərkən aldığı ağır yaralardan xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.
 

Google+ WhatsApp ok.ru