Tailandın müsəlmanlar yaşayan bölgəsində partlayış baş verib, yaralananlar var

Tailandın müsəlmanlar yaşayan bölgəsində partlayış baş verib, yaralananlar var

Tailandın cənubunda, əsasən müsəlmanların məskunlaşdığı Pattani şəhərində “Big C” supermarketin yaxınlığında iki partlayış baş verib.
 
Maide.Az beynəlxalq KİV-lərə istinadən xəbər verir ki, partlayışlar nəticəsində 50 nəfər xəsarət alıb. Onların vəziyyəti ağırdır.
 
Partlayışın birinin zəif, digərinin güclü olduğu bildirilir.
 
Hadisənin təfərrüatları barədə məlumat verilmir. /

Google+ WhatsApp ok.ru