İranda kömür mədənindəki partlayış qurbanlarının sayı 43-ə çatıb

İranda kömür mədənindəki partlayış qurbanlarının sayı 43-ə çatıb

İranın Gülüstan vilayətində kömür mədənində baş vermiş partlayış nəticəsində ölənlərin sayı 43 nəfərə çatıb.
 
Bu barədə Trend IRNA-ya istinadən məlumat verir.
 
Bundan əvvəl 35 nəfərin həlak olduğu bildirilirdi.
 
Dağıntılar altından çıxarılmış meyitlər ekspertizaya göndərilib.
 
Qeyd edək ki, vilayətin Azadşəhr şəhərinin yaxınlığındakı kömür mədənində partlayış mayın 3-də baş vermişdi. Həmin vaxt növbə dəyişərkən şaxtada 500 nəfər olub. /

Google+ WhatsApp ok.ru