Taliban yaz hücumlarını açıq elan edir

Taliban yaz hücumlarını açıq elan edir

-- hücumların “amerikalı işğalçıların əzilməsi, öldürülməsi və əsir götürülməsinə” fokuslanacağını bildirib

Əfqanıstandakı Taliban silahlı qruplaşması aprelin 25-də onlayn bəyanat yayaraq yaz hücumları mövsümünü açıq elan edib.
 
Qruplaşma “Al-Khandaq” adını verdiyi hücumların “amerikalı işğalçıların əzilməsi, öldürülməsi və əsir götürülməsinə” fokuslanacağını bildirib.
 
Amerikalıların “daxildəki tərəfdarları” – Əfqanıstan hökuməti və hərbçiləri isə ikinci dərəcəli sayılıb.
 
Bəyanatda hücumun Talibanın Hərbi Komissiyası tərəfindən təşkil olunduğu bildirilir.  
 
Bu arada Əfqanıstanda yeni hücumlar dalğası başlayıb. Aprelin 24-də Fərah və Qəzni vilayətlərində Talibanın ayrı-ayrı hücumlarında azı 11 əfqan əsgər və polis əməkdaşı öldürülüb.
 
Aprelin 23-də isə Əfqanıstanın qərbində 18 əsgər və polis əməkdaşı qətlə yetirilmişdi.
 

Google+ WhatsApp ok.ru