Taliban kəşfiyyat idarəsinə hücum etdi: 15 ölü

Əfqanıstanda Talibanın hücumu nəticəsində 15 nəfər ölüb, 60 nəfər isə  yaralanıb. Əfqanıstanın Qəznə şəhərinin icra başçısı Musaxan Əkbərzadə bildirib ki, səhər saatlarında Taliban terorçuları kəşfiyyat idarəsinin binasına partlayıcı dolu avtomobil ilə hücum ediblər.
 
2 saat davam edən atışma nəticəsində 13 terorçunun öldürüldüyü, 2 əfqan polisinin də həlak olduğu bildirilir.
 
Yaralıların yerləşdirildiyi xəstəxananın həkimi Məhəmməd Vardak bildirib ki, xəstəxanaya 60 nəfər yaralı daxil olub.Yaralılardan 23 nəfərinin hərbçi olduğu qeyd olunur.

Google+ WhatsApp ok.ru