İtalyada bir milyon yarım müsəlmana 8 məscid var

İtalyada  bir milyon yarım müsəlman yaşayır, lakin bu ölkədə  yalnız 8 məscid fəaliyyət göstərir. 
 
Maide.Az  “Quartz” xəbər saytına istinadən xəbər verir ki, İtalya müsəlmanlarının  ən böyük problemi  məscid çatışmamazlığıdır.  Bu ölkəyədə yalnız  8 məscid fəaliyyət göstərir. 
 
İtalyada  təqribən  800 -ə yaxın İslami mədəniyyət mərkəzi  və namazxana da fəaliyyət göstərir.Onların bəzisi qarajlarda,  padvallarda və anbarlarda yerləşir və həmin məkanlardan  namazxana və islami mərkəz kimi fəaliyyət göstərir lər. 
 
Qeyd edək ki, Fransada  İtalyaya nisbətdə dörddəfə çox müsəlmanlar yaşayır və bu ölkədə 2200 məscid, İngiltərədə isə 3 milyona yaxın müsəlman yaşayır və bu ölkədə 1500 məscid  fəaliyyət göstərir. 
 

 

Google+ WhatsApp ok.ru