İtalyanın baş naziri İrana səfər edir

İtalyanın baş naziri Matteo Rensi  aprelin  12-13-də İranda səfərdə olacaq.
Maide.az xəbər verir ki, iki  günlük səfər zamanı İran rəsmiləri ilə görüşlər keçirəcək.İtalyanın  baş nazirinin ofisindən səfərin təfərrüatı  ilə bağlı açıqlama verilməyib.
İrana  qarşı sanksiyalar ləğv edildikdən sonra  İtalya  Avropa  ölkələri arasında İranla münasibətləri inkişaf etməkdə  maraqlı olan qabaqcıl ölkələrdəndir.
Yanvar ayının sonlraında İran prezidenti Həsən Ruhani İtalyaya səfər etmişdi.Səfərdə  Ruhanini ölkənin iqtisadi-siyasi sahələrində çalışan yüksək səviyyəli nümayandə heyəti müşayiət edirdi. Səfər çərçivəsində iki ölkə arasında  14 əməkdaşlıq sazişi imzalanmışdı.İmzalanan  sənədlərin dəyəri 18  milyard dollar təşkil edirdi. Ehtimal olunur  ki,  səfər çərçivəsində bu sənədlərin icrasına başlanılması üçün işlərin sürətləndirilməsi müzakirə olunacaq. /
 

Google+ WhatsApp ok.ru