İran parlamentinin təhlükəsizlik komissiyasında Qarabağ böhranı müzakirə olunub

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif və müdafiə naziri Hüseyn Dehqanın azərbaycanlı və ermənistanlı həmkarları ilə Qarabağ cəbhəsində yaranmış vəziyyətlə bağlı müzakirələri ölkə parlamentinin təhlükəsilik komissiyada gündəmə gətirilib. Bu haqda İran parlamentinin xarici siyasət və milli təhlükəsizlik komissiyasının üzvi İbrahim Ağaməhəmmədi məlumat verib.
 
İbrahim Ağaməhəmmədinin sözlərinə görə, parlamentin xarici siyasət və milli təhlükəsizlik komissiyasının bu günkü toplantısında Qarabağ məsələsi müzakirəyə çıxardılıb. İclasda İran Xarici İşlər Nazirliyinin Azərbaycan və Ermənistan üzrə idarəsinin rəhbəri də iştirak edib. O, Tehranın bu məsələdə bitərəf olduğunu söyləyib.
 
İbrahim Ağaməhəmmədi bildirib ki, İran Xarici İşlər Nazirilyi qarşıdurmanın dayandırılmasını istəyir: “Bunun üçün həm xarici işlər naziri, həm də müdafiə naziri azərbaycan və ermənistanlı həmkarları ilə fikir mübadiləsi aparır”.
 
Qeyd edək ki, İranının xarici işlər nazirinin müavini Abbas Əraqçı bu gün parlamentin xarici siyasət və təhlükəsizlik komissiyasında hesabat verməli idi. Lakin Qarabağ böhranı iclasın gündəliyini dəyişib.worldmedia /

Google+ WhatsApp ok.ru