Tarixi məscidin yerində- Gecə klubu tikilib

Bəyoğlunda 350 il vətəndaşlara xidmət göstərən Katib Mustafa Çələbi məscidinin yerində indi gecə klubu tikilib. 
 
“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, tarixi məscidin yerində fəaliyyət göstərən gecə klubu ərazidə yaşayanların şikayətinə səbəb olub.
Sakinlər vaxtı ilə ibadət etdikləri məscidin qanunsuz şəkildə söküldüyünü və bunu sübut edən sənədlərin olduğunu deyiblər. Məscid haqqında bütün sənədlərin Osmanlı arxivində olduğunu deyən vətəndaşlar Katib Mustafa Çələbi məscidinin yenidən bərpa edilməsini tələb edirlər.
 
Qeyd edək ki, Məscid 1931- ci ildə daxili xərclərini ödəyə bilmədiyinə görə fəaliyyətini dayandırıb. 10 il istifadəsiz qalan tarixi məbədi Şükrü Bıkmaz adlı şəxs alıb və yerində 3 mərtəbəli bina inşa etdirib. Hal-hazırda binada “Zərif” adlı gecə klubu fəaliyyət göstərir./

Google+ WhatsApp ok.ru