Tatar fəal itkin düşüb

Krımda tatar fəal Ervin Ibragimov itkin düşüb. Məlumatı həmkarları yayıb.
 
Krım tatar məclisinin sədr müavini Nariman Celal mayın 25-də AzadlıqRadiosuna deyib ki, Ibragimov ötən gecə itkin düşüb.
 
Qohumları onu tapa bilmirlər.
 
Hələlik, Krımın Rusiyanın nəzarətində olan hakimiyyəti bu barədə açıqlama verməyib.
 
Ibragimov keçmiş Baxçasaray şəhər şurasının deputatı, eləcə də Ümumdünya Krım Tatarları Konqresinin icraiyyə komitəsinin üzvüdür.
 
Rusiya 2014-cü ildə Ukraynanın Krım vilayətini anneksiya edəndən bir neçə tatar fəal itkin düşüb, bəzilərinin sonradan meyiti tapılıb.
 
Krım tatarlarının çoxu anneksiyaya qarşı çıxıb.

Google+ WhatsApp ok.ru