Dağıstanda `Özünü hicabda gör` adlı aksiya keçirilib - FOTO 26 May 2016 01:00 Dünya Maide.Az Rusiya mediasına istinadən xəbər verir ki, dünən Dağıstanın paytaxtı Maxaçkala şəhərində yerli sakinlər və turistlər tərəfindən sevilən "Rodoskop" və "Lenin komsmolu"adlanan parkda görünməmiş aksiya keçirilib. Aksiya "Özünü hicabda gör" adı altında təşkil olunub. Tədbirin təşkilatçılarının əsas məqsədi baş geyimlərinin (Hicab) təbliği olub. Hədəf auditoriyası hicab geyinməyən və dünyavi həyat tərzi sürən xanımların özlərini hicabda görməsi və baş örtükləri barədə məlumat almaları olub. Tədbirdə 200-dən çox xanım iştirak edib. Tədbir iştirakçıları gördükləri mənzərədən pozitiv emosiyalara qapılıblar. Hətta, onlardan bəziləri özlərini hacbda görərək, sevincdən ağlayıblar. Daha sonra, fikirlərini tədbir təşkilatçıları ilə bölüşən xanımlar, hicab barəsində sualları onlara nvanlayıblar. Xanımlardan bir çoxu əvvəllər özlərini hicabsız düşünsələr də, artıq hicab bağlayacaqlarını və hamının baş geyimlərdən istifadə etməsini istəyiblər. İştirakçılar arasında elələridə tapılıb ki, elə tədbir zamanı hicaba keçərək, mağaza tərəfindən pay verilən baş örtüyü ilə evlərinə yollanıblar. Teqlər : #Dağıstanda `Özünü hicabda gör` adlı aksiya keçirilib FOTO, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Tatar fəal itkin düşüb Las Veqas polisi qadın əməkdaşlarını hicabla növbəyə göndərəcək
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO