Taylandda xunta rəhbərliyinin lideri baş nazir oldu

Taylandda çevriliş edərək hakimiyyətə gələn hərbi xuntanın lideri general Prayut Çan-oça Tayland kralı Bhumibol Adulyadejin razılığını alaraq, rəsmi olaraq baş nazirlik vəzifəsinə başlayıb.
 
Maide.az-ın məlumatına görə, mülki vətəndaşların baş nazirliyə təyin edilmə mərasimlərinin keçirildiyi Hökumət Sarayı əvəzinə Banqkokdakı ordu qərargahında Kral Bhumibolun iştirakıyla təşkil edilən qısa mərasimlə baş nazirliyi təsdiqlənən Prayut 2015-ci ilin sonunda keçiriləcək seçkiyə qədər ölkəni idarə edəcək müvəqqəti hökumətin başına keçib.
 
Qeyd edək ki, Prayut üzvlərinin hamısı hərbi xunta tərəfindən seçilən Tayland Milli Məclisində 21 avqustda keçirilən vermədə 191 üzvün 188-nin səsini qazanaraq baş nazir seçilmişdi.

Google+ WhatsApp ok.ru