Tbilisidə xanım Zəhranın (s.ə) mövlud mərasimi -Foto

Tbilisi Əhli-beyt məscidində iki dünya xanımı Zəhra(s.ə)-nın mövlud mərasimi qeyd olundu. 
 
Maide.az xəbər verir ki, mərasim məscidin Axundu H.Rahidin Quran tilavəti ilə başladı. Məclisin davamında  İlahiyyatçı Haci Qurban mövlud münasibəti ilə müsəlmanları təbrik etdi və söhbətinə Xanımın haqqı olan Fədək hadisəsinə işarə edərək, Fədəyin tarixcəsindən və qəsb olunmasınadan danışdı.
 
O, Xanım Fatimə Zəhranın (s.ə) həyatından alınması lazım olan dərslərə işarə edərək bildirib: Xanım Vilayət məqamını əla dərəcədə tanıyıb, o müqəddəs məqamdan kamil şəkildə itaət edərək lazım gələn zaman da isə həmin məqamdan şücaətlə müdafiə edib,  həmin yolda şəhadətə yetişmiş oldu.  Günmüzdə İslam alimləri İmamət məqamının davamçılarıdır və bunu İslam düşmənləri dərk edərək bütün güclərini həmin məqamı sual altına aparmağa sərf etdiyi bir zamanda, bizlər gərək həmin alimlərimizi tanıyaq, onlardan itaət edək və lazım gəldiyi məqamda onların müdafiəsinə belə qalxmalıyıq. Məclisin sonunda İlahilər oxundu və mövlud münasibəti ilə  süfrə açıldı. /
 

Google+ WhatsApp ok.ru